ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini bildirib və “Müharibəyə son qoymaq lazımdır, bu, çox qanlı müharibədir” deyib.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Floridadakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla görüşdükdən sonra mətbuata qısa açıqlama verib.
Tramp açıqlamasında Rusiya-Ukrayna müharibəsinə toxunub və Rusiya prezidenti Putinin onunla görüşmək istədiyini bildirib.
“Müharibəyə son qoymalıyıq”
"O (Putin) mənimlə görüşmək istəyir; bu görüşü biz təşkil edirik. Prezident Putin görüşmək istəyir, bunu açıq şəkildə bəyan edib. Bu müharibəni bitirmək lazımdır, bu, çox qanlı müharibədir", - deyə Tramp bildirib.
Tramp daha əvvəl prezidentliyə başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez bitirmək istədiyini və bu məqsədlə Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.