ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədliyini irəli sürdüyü Mayk Vals Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıqların davam etdiyini bildirib.
Vals ABC News-a Tramp və Putin arasında mümkün görüş barədə deyib: “Hazırlıq işləri gedir".
Trampın yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün addımlar atacağını deyən Vals, "Prezident Trampın baxış bucağından qarşı tərəflə əlaqələr və dialoq qurmadan razılığa gələ bilməzsiniz. Önümüzdəki aylarda bunu mütləq müəyyən edəcəyik" deyib.
Waltz həmçinin qeyd edib ki, Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla dayandırılmalı olduğunu bilir və atəşkəs hər iki tərəf üçün son dərəcə müsbət addım olacaq.
Vals həmçinin Qəzzadakı məhbusların azad edilməsi ilə bağlı danışıqların “hazırda davam etdiyini” ifadə edərək, Trampın məhbusların sərbəst buraxılmasına çox ciddi yanaşdığını, ona görə də 20 Yanvarda seçilən prezidentin andiçmə mərasimindən əvvəl razılaşmanın əldə olunmasının vacib olduğunu vurğulayıb.
Trampın Qrenlandiya və ya Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməkdə ciddi olub-olmaması ilə bağlı suala Waltz deyib ki, Trampın ən ciddi qəbul etdiyi şey ABŞ-ın Arktikada üzləşdiyi “təhlükələr”dir.