USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynadan "Türk axını"na təbii qaz verən Krasnodar stansiyasına hücum cəhdi

13.01.2025 Siyasət
0 0
Ukrayna PUA-ları Rusiyadakı təbii qaz ehtiyatlarını Türkiyənin təbii qaz paylama şəbəkəsinə birləşdirən və Türkiyə, Cənubi və Cənub-Şərqi Avropa üçün enerji mənbəyi yaradan “Türk axını”na hücum etməyə cəhd göstərib. Müdafiə Nazirliyi rəsmiləri Rusiyanın hava hücumundan müdafiə sistemləri sayəsində stansiyanın heç bir zərər görmədiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın “Türk axını” boru kəmərini təbii qazla təmin edən Krasnodar bölgəsindəki kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.

Avropaya təbii qaz nəqlini dayandırmaq üçün edildiyi düşünülən hücumun müvəffəqiyyətlə qarşısı alındığı, hücumda istifadə edilən 9 Ukrayna İHA-nın isə Rusiya hava hücumundan müdafiə sistemi sayəsində zərərsizləşdirildiyi bildirilib. Açıqlamada bildirilir ki, PUA-nın qalıqları stansiyadakı qaz ölçmə məntəqəsinin binasına və avadanlıqlarına cüzi ziyan vurub, lakin qalıqlar qazın daşınmasına heç bir ziyan vurmayıb.

Sözügedən stansiyaya heç bir ziyan dəymədiyi və “Türk axını”na təbii qaz nəqlinin normal şəkildə davam etdiyi qeyd edilib.