USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birləşmiş Ərəb Əmirlikləri Livandakı səfirliyini yenidən açır

13.01.2025 Siyasət
0 0
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Livandakı səfirliyini yenidən açmaq üçün hazırlıqlara başlayıb. BƏƏ Beyrutdakı səfirliyini yenidən açmaq üçün Livana nümayəndə heyəti göndərib.

BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, BƏƏ-nin Beyrutdakı səfirliyinin yenidən açılmasına hazırlıq işləri çərçivəsində Livana nümayəndə heyətinin göndərildiyi bildirilib.

“Səfirliyin yenidən açılması iki ölkə və dost xalqlar arasında qardaşlıq münasibətlərini əks etdirir”

BƏƏ prezidenti Məhəmməd bin Zayedin Livan prezidenti Cozef Aun ilə telefon danışığından sonra belə bir göstəriş verdiyinə işarə edilən açıqlamada, "Səfirliyin yenidən açılması iki ölkə və onların dost xalqları arasındakı qardaşlıq münasibətlərini əks etdirir" , - deyilib.

Livanın İnformasiya naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Əbu-Dabi Beyrutdakı diplomatlarını geri çəkib və vətəndaşlarına Livana səyahətini qadağan edib.