USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ “Türk axını” boru kəmərini hədəf alıb - Rusiyadan böyük ittiham

14.01.2025 Siyasət
0 0
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın “Türk axını” təbii qaz kəmərini sıradan çıxarmağa çalışdığını bəyan edib. Lavrov son hücum cəhdlərindən sonra boru kəmərinin normal şəkildə qaz tədarükünü davam etdirdiyini açıqlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiya təbii qazını Türkiyə və Avropaya daşıyan “Türk axını” təbii qaz boru kəmərini əngəlləməyə çalışdığını açıqlayıb.

Ukraynanın dron hücumları

Rusiya Müdafiə Nazirliyi şənbə günü elan edib ki, Ukrayna Avropaya qaz nəqlini dayandırmağı hədəfləyib və Krasnodar diyarında Anapa yaxınlığındakı Türk axını A kompressor stansiyasına 9 pilotsuz təyyarə ilə hücum edib. Hücuma cavab olaraq bütün PUA-ların vurulduğu bildirilib.

Qaz verilişi davam edir

Buna baxmayaraq, “Türk axını” kəməri ilə qaz təchizatının normal şəkildə davam etdiyi və əməliyyatın fasiləsiz davam etdiyi bildirilib.