"Payızda HƏMAS masaya gəlməkdən imtina etdikdə, biz bölgədəki bəzi aktyorların, o cümlədən prezident Ərdoğanın yanına getdik və prezident Ərdoğandan öz ağırlığından və təsirindən istifadə etməsini istədik və o, bunu etdi", - ABŞ dövlət katibi Antoni bildirib.
ABŞ dövlət katibi Antoni Blinken dövlət katibi kimi son mətbuat konfransını keçirib, səlahiyyət müddətinin bitməsinə sayılı günlər qalıb. Blinken çıxışında diplomatik uğurlarla yanaşı, Qəzza münaqişəsi, Rusiya-Ukrayna müharibəsi kimi məsələlərə də toxunub.
Blinken çıxışına mətbuatı tərifləyərək, "Çətin suallar verməyiniz və bizi məsuliyyətə cəlb etməyiniz demokratiyamızın sağlamlığı üçün çox vacibdir" dedi.
Jurnalistlərə təşəkkür edərək və administrasiya ilə əlaqələrdə mətbuatın mühüm roluna diqqət çəkən Blinken, onların səlahiyyət müddətləri ərzində çoxlu kilometrlər qət etdiklərini və ABŞ diplomatiyasının əsas dəyərlərini gücləndirmək üçün intensiv səylər göstərdiklərini vurğuladı.
“Qəzza xalqı üçün əsaslı yenidənqurma planı işə salınacaq"
Blinken Qəzzada vasitəçilik edilən atəşkəs və girov razılaşmasının administrasiyanın ən böyük nailiyyətlərindən biri olduğunu deyib və əlavə edib: "Bu razılaşma 15 aydan çox davam edən qarşıdurmadan sonra həm israillilər, həm də fələstinlilər üçün rahatlama anıdır".