USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ticarət və tranzit: Azərbaycan və Gürcüstan regional inteqrasiyanı necə möhkəmləndirir?

17.01.2025 Siyasət
0 0
Cənubi Qafqaz dünya geosiyasətində daha böyük əhəmiyyət kəsb etməyə başlayıb, Azərbaycan və Gürcüstan isə regionun aparıcı oyunçuları kimi seçilirlər. Qlobal dəyişikliklər fonunda Azərbaycan prezidenti İlham Əliyevin qonşu ölkələrlə əlaqələri möhkəmləndirmək səyləri regionun strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan və Gürcüstan arasında çoxəsrlik dostluğuna söykənərək, bu ölkələr qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan tərəfdaşlığı gücləndirməyə davam edir.

Yüksək səviyyəli səfərlər iki ölkənin münasibətlərinin ayrılmaz hissəsinə çevrilərək, onların bərabər şəkildə qlobal çağırışların öhdəsindən gəlmək səylərini vurğulayıb. Hər iki dövlət anlayır ki, sıx əməkdaşlıq regionda sabitliyin və çiçəklənmənin zaminidir.

Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlər sabit yüksəliş nümayiş etdirir. 2024-cü ilin ilk 11 ayında ikitərəfli ticarətin həcmi 730,11 milyon dollar təşkil edib ki, bu da ölkələrin iqtisadi münasibətlərinin nə qədər dərin olduğunu əks etdirir.

İnvestisiya axınları da əhəmiyyətli dərəcədə artıb. 2004-cü ilin yanvarından sentyabr ayında kimi Azərbaycana qoyulan gürcü investisiyalarının həcmi 178,78 faiz artaraq, 31,047 milyon dollara çatıb. Eyni zamanda, Azərbaycanın Gürcüstana qoyduğu yatırımlar 88,82 faiz artaraq, 95,75 milyon dollar təşkil edib. Bu göstəricilər iqtisadi artıma olan birgə marağı və artan qarşılıqlı etibarı vurğulayır.

Enerji sektoru da əməkdaşlığın vacib sahələrindəndir. 2006 və 2007-ci illərdə işə salınmış Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Ərzurum layihələri regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib.

BTC Azərbaycan neftinin Türkiyə vasitəsilə dünya bazarlarına ixracını təmin edir, tranzit gəlirlər formalaşdırır və eyni zamanda, Gürcüstanın instrastrukturunu inkişaf etdirir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə öz növbəsində Gürcüstanın və Türkiyənin enerji təhlükəsizliyini gücləndirir, regionun inteqrasiyasını möhkəmləndirmiş olur. Bu layihələr Azərbaycana iri enerji resursları tədarükçüsü statusunu qazanıb, Gürcüstan isə vacib tranzit qovşağa çevrilib.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası 2017-ci ildə yekunlaşıb. Bu layihə regional nəqliyyat infrastrukturunun inkişafında vacib dönüş nöqtəsi olub. Orta dəhlizin bir hissəsi olan bu marşrut Çinlə Avropa arasında tranzit müddəti qısaldaraq, daha sürətli və effektiv ticarət yolu yaradır.

Gürcüstan Azərbaycanın Poti və Batumi limanları vasitəsilə Qara dənizə çıxışını təmin edir. Sözügedən dəniz limanları yüklərin Avropaya daşınmasında mümüm rol oynayır. Azərbaycan öz növbəsində Bakı limanı vasitəsilə Xəzər dənizinə çıxışı təmin edir və beləcə, Mərkəzi Asiya və Çindən yüklərin tranziti üçün imkanlar yaradır. İki ölkənin birgə səyləri onların dünya logistika sistemindəki mövqelərini möhkəmləndirir.

2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıqla bağlı Saziş bağlayıb. Sənəd bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinə, enerji səmərəliliyinin artırılmasına və karbon qazı tullantılarının ixtisarına hədəflənib.

Bu saziş Azərbaycan və Gürcüstan üçün enerji resurslarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması baxımından yeni imkanlar yaradır. Onların strateji mövqeyi Avropaya ekoloji təmiz enerji ixrac etməyə və beləcə, regionun qlobal enerji bazarlarındakı əhəmiyyətini artırmasına imkan verir.

Azərbaycan və Gürcüstanın tərəfdaşlığı gələcək inteqrasiya və dayanıqlı iqtisadi artım üçün mühüm perspektivlər açır. Müştərək investisiya layihələri və təşəbbüsləri onların regiondakı və dünyadakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.

Cənubi Qafqazda nizamlayıcı rol oynayan Azərbaycan Gürcüstanla tərəfdaşlıq çərçivəsində regionda uzunmüddətli sabitlik və çiçəklənmənin əsasını qoyur. Birgə hədəfləri və qarşılıqlı etibarı bölüşən bu iki ölkə regionun gələcəyini formalaşdırır və beləcə, onun dünya arenasındakı əhəmiyyətini artırmış olur.