USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail təhlükəsizlik kabineti atəşkəsi təsdiqləmək üçün bu gün toplanacaq

17.01.2025 Siyasət
0 0
İsrailin baş nazirinin ofisi bildirib ki, Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləmək üçün təhlükəsizlik kabineti bu gün toplanacaq.

Qəzza zolağında HƏMAS ilə əldə olunan atəşkəs və girovların dəyişdirilməsi razılaşmasının İsrail Nazirlər Kabinetində səsverməyə çıxarılacağı gözlənilir.

İsrailin Baş Nazirlik Ofisi açıqlamasında belə deyib: "Baş nazir Benyamin Netanyahuya danışıqlar qrupu məlumat verib ki, girovların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Baş nazir təhlükəsizlik kabinetinin bu gün (cümə) iclas keçirməsi üçün göstəriş verib. Hökumət (tam kabinet) razılaşmanı təsdiqləmək üçün daha sonra toplanacaq.