USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Litvadan Rusiya təhlükəsinə qarşı yeni müdafiə addımı

18.01.2025 Siyasət
0 0
Rusiya-Ukrayna müharibəsi davam edərkən, bölgə ölkələri mümkün hücumlara qarşı tədbir görmək üçün müdafiə büdcələrini yenidən formalaşdırmağa başlayıblar. Bu ölkələr arasında Litva administrasiyası müdafiə xərclərini 2026-cı ilə kimi Ümumi Daxili Məhsulun 5-6 faizinə qədər artırmaq qərarına gəldiyini açıqlayıb.

Dövlət Müdafiə Şurasının iclasından sonra paytaxt Vilnüsdə mətbuat mənsublarına açıqlama verən Litva prezidenti Gitanas Nauseda "Rusiya təcavüzü təhlükəsi" ilə bağlı qəbul etdikləri yeni iqtisadi qərarlarla bağlı qiymətləndirmələr edib.

Müdafiə və çəkindirmə gücləndirilməlidir

2026-2030-cu illər arasında bu səviyyəyə çatmaq üçün Dövlət Müdafiə Şurası tərəfindən "tarixi qərar" verildiyini bildirən Nauseda, müdafiə xərclərini 2026-cı ildən etibarən ÜDM-in 5-6 faizinə çatdırmağa qərar verdiklərini qeyd edərək, "Rusiyanın mümkün hərbi təcavüz hələ də davam edir" deyib.

Trampın çağırışına qulaq asan ilk NATO ölkəsi

Trampın NATO-ya üzv ölkələri ÜDM-nin 5 faizini müdafiəyə xərcləməyə çağırmasından sonra Litva yeni qərarı ilə bu məqsədə çatmağı vəd edən ilk NATO ölkəsi oldu.

Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkə hazırda ÜDM-nin 3 faizindən bir qədər çoxunu müdafiəyə xərcləyir. Bu hədəfə çatmaq Litvanı ÜDM-də müdafiəyə ən çox xərcləyən NATO ölkəsinə çevirəcək. Polşa bu baxımdan liderdir, hazırda xərclər 4 faizdən çoxdur və bu nisbəti daha da artırmağı planlaşdırır.