USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada regional prokurorluqlar ləğv edilir

20.01.2025 Siyasət
0 0
Rusiyada “ştat cədvəlinin optimallaşdırılması” məqsədilə regional mərkəzlərdə təxminən 20 şəhər prokurorluğu ləğv edilir.

Kommersant.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Rusiyanın baş prokuroru İqor Krasnovun əmrinə istinadən yazıb. Şəhər prokurorluqları xüsusilə Kalininqrad, Kemerovo, Kursk, Xabarovsk, Tomsk, Stavropol, Samara, Saratov, Orenburq, Bryansk və digər vilayətlərdə ləğv ediləcək.

“Kommersant”ın qeyd etdiyi kimi, ləğv edilmiş prokurorluqların funksiyalarını yuxarı regional nəzarət orqanları həyata keçirəcək. Ləğv edilən prokurorluqlardakı ştat vahidləri yenidən bölüşdürüləcək.