ABŞ-ın yeni prezidenti Trampın vəzifəyə gəldikdən sonra Rusiyaya qarşı göstərəcəyi münasibət Rusiya administrasiyası tərəfindən “gözlənilməz” kimi qiymətləndirilib. Mövzu ilə bağlı açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Tramp-Putin görüşünə yaşıl işıq yandıraraq, “Co Bayden administrasiyası ilə müqayisədə bu gün ABŞ ilə əlaqələri yenidən qurmaq üçün kiçik bir fürsət var" dedi.
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Rusiya Elmlər Akademiyasının nəzdində ABŞ və Kanada İnstitutunda çıxışı zamanı ABŞ-Rusiya münasibətlərini dəyərləndirib.
"Münasibətləri bərpa etmək..."
Donald Trampın yanvarın 20-də ABŞ-da vəzifəyə başlamasından sonra Vaşinqtonla münasibətlərin gözlənilməz olacağını deyən Ryabkov, Tramp-Putin görüşünə ölkədaxili hazırlıqların davam etdiyini əlavə edərək, “ABŞ ilə münasibətlərin bərpası üçün kiçik bir ehtimal var" deyib.
“Hələlik razılıq əldə olunmayıb”
"Yeni administrasiyanın razılıq səviyyəsi barədə nəsə demək çətindir. Bununla belə, Ağ Evin əvvəlki sahibi, hər mənada heç bir ümid verməyən Co Baydenlə müqayisədə, bu gün yenidən cüzi bir ehtimal var. ABŞ ilə əlaqələr qurarkən, bu səbəblə kiminlə və nə ilə məşğul olacağını, Vaşinqtonun Rusiya ilə necə yaxşı münasibətlər quracağını, imkanları necə artıracağını və riskləri necə azaltacağını anlamaq vacibdir" deyən Ryabkov, heç bir razılaşma olmadığını sözlərinə əlavə etdi.
Putin və Trampın görüşü ilə bağlı hələlik razılıq əldə olunmayıb.