USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moskvadan Vaşinqtona zəng: Dialoqu yenidən başlayaq

31.01.2025 Siyasət
0 0
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskva ilə Vaşinqton arasında münasibətlərdə durğunluq olduğunu qeyd edib və birbaşa dialoqun bərpasının vacibliyini vurğulayıb. Ən aktual məsələlərdə ABŞ-la məsləhətləşməyə hazır olduqlarını ifadə edən Ryabkov qarşılıqlı hörmətin əsas olması lazım olduğunu bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-la siyasi səviyyədə birbaşa dialoqun bərpasının zəruriliyini qeyd edib. Rusiyanın TASS xəbər agentliyinə danışan Ryabkov Moskvanın Vaşinqtonla münasibətlərini dəyərləndirib.

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşünün mümkünlüyündən danışan Ryabkov hazırda bu məsələ ilə bağlı hər hansı inkişaf olmadığını deyib.

“Biz Vaşinqtondan gələn siqnalları izləyirik”

ABŞ rəhbərliyinin yanaşmalarını yaxından izlədiklərini bildirən Ryabkov “Təcili məsələlərlə bağlı Vaşinqtondan gələn siqnalları çox diqqətlə izləyirik. Bütün bu siqnallar vacibdir və bizim diqqətimizə layiqdir. Amma siyasi müstəvidə birbaşa dialoqun yenidən başlamasına ehtiyac var.

Bu vəziyyətin onlar üçün uyğun olmadığını bildirən Rusiya rəsmisi “Ən aktual mövzularda dialoqa və məsləhətləşməyə hazırıq. Lakin bu dialoq qarşılıqlı hörmətə və ümumi maraqların nəzərə alınmasına əsaslanmalıdır”.