USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ABŞ bütün dünya ölkələri tərəfindən aldadılıb" - TRUMP

03.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Kanada və Meksika ilə ticarət danışıqlarının davam etdiriləcəyini bəyan edərək əlavə gömrük rüsumlarına diqqət çəkib. Avropa İttifaqını balanssız ticarət təcrübələrinə görə də tənqid edən Tramp, "ABŞ dünyanın demək olar ki, hər ölkəsi tərəfindən aldadılıb. Demək olar ki, hər ölkə ilə ticarət açığı var. Bunu dəyişəcəyik. Bu ədalətli deyil" deyib.

ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsindən Vaşinqtona qayıdarkən jurnalistlərə müsahibəsində Kanada, Meksika və Çinə qarşı əlavə gömrük rüsumu qərarlarına toxunub. Tramp ertəsi gün Kanadanın baş naziri Castin Trüdo və Meksika rəsmiləri ilə görüşəcəyini bildirib.

“Əgər onlar oyun oynamaq istəyirlərsə, biz də oynaya bilərik”

Kanada ilə iqtisadi əlaqələrlə bağlı da sərt açıqlamalar verən Tramp, "Çox dramatik bir şey gözləmirəm. Biz tariflər tətbiq etdik. Onların bizə çox borcu var və əminəm ki, bunu ödəyəcəklər. Biz Kanadaya ildə təxminən 200 milyard dollar subsidiya veririk. Nə üçün? Bundan nə qazanırıq? Orada nəsə olacaq. Əgər oynamaq istəyirlərsə, istədikləri qədər oynaya bilərlər" dedi.

Avropa İttifaqının tənqidi

Əlavə tariflərin ABŞ-da qiymət artımına səbəb olub-olmayacağı ilə bağlı sualı cavablandıran Tramp qısa müddətdə mənfi təsirlərin ola biləcəyini bildirib. ABŞ-ın bir çox ölkə ilə ticarət kəsiri olduğunu vurğulayan Tramp, “Qısa müddətdə bir az əziyyət çəkə bilərik, amma insanlar bunu anlayır” deyən Tramp, “ABŞ dünyanın demək olar ki, hər ölkəsi tərəfindən dolandırılıb. Demək olar ki, hər ölkə ilə ticarət kəsirimiz var. Bu, ədalətli deyil" fikirlərini səsləndirib.