USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Hava Yolları” Rusiyanın Həştərxan şəhərinə uçuşları dayandırıb

03.02.2025 Siyasət
0 0
“Azərbaycan Hava Yolları” (AZAL) Rusiyanın Həştərxan şəhərinə uçuşları dayandırıb.

AZAL-ın yaydığı məlumatda bildirilir ki, Həştərxan hava məkanının həmişəlik bağlanması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün reyslər qeyri-müəyyən müddətə dayandırılıb.

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsi Rusiya hava məkanında olarkən yerdən atəşə tutularaq qəzaya uğradıqdan sonra AZAL Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırmaq qərarına gəlib.

Qərara əsasən, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı, Mahaçqala, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşlar dayandırılıb.