USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlon Maskın DOGE-nin Xəzinədarlıq Departamentinin məlumatlarına daxil olduğu iddia edilir

03.02.2025 Siyasət
0 0
Amerikalı iş adamı və X sahibi İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) Xəzinədarlıq Departamentinin ödəniş sistemi məlumatlarına giriş əldə etdiyi iddia edilir.

Associated Press-ə (AP) məsələni bilən iki mənbə bildirib ki, DOGE, Sosial Müdafiə İdarəsi və federal səhiyyə xidməti Medicare-in istehlakçı ödəniş sistemləri də daxil olmaqla həssas Xəzinədarlıq Departamenti məlumatlarına çıxış əldə edib.

Departamentin bu addımı o deməkdir ki, o, mühüm vergi ödəyiciləri məlumatlarına daxil olmaq üçün geniş səlahiyyətlərə malik ola bilər, mənbələr bildiriblər.

“Bu, ödənişləri qeyri-qanuni kəsmək məqsədi daşıya bilər”

Digər tərəfdən, senator Ron Wyden yanvarın 31-də Trampın Xəzinədarlıq Naziri vəzifəsinə namizədi Scott Bessent-ə göndərdiyi məktubda "Musk ilə əlaqəli məmurlar bu ödəniş sistemlərinə daxil olaraq ödənişləri qeyri-qanuni yolla ələ keçirməyə çalışmış ola bilərlər" deyə narahatlığını ifadə edib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Bessent vəzifəsinə başlayana qədər onun yerinə işləyən David Lebryk, Musk və DOGE-nin həssas Xəzinədarlıq məlumatlarına çıxış tələb etməsindən sonra vəzifəsindən istefa verib.

Həmçinin qeyd olunub ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) DOGE-yə problem yaradan inzibatçıları inzibati məzuniyyətə göndərilib. İddia ilk dəfə The New York Times qəzetində dərc olunub.