USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kanada ABŞ məhsullarını boykot edir

04.02.2025 Siyasət
0 0
ABŞ-ın Kanada mallarına tətbiq edəcəyi 25 faizlik tarifə cavab olaraq, Kanadanın ən sıx məskunlaşdığı əyaləti Ontario əyalətinin baş naziri Doug Ford əyalətin ABŞ məhsullarından, o cümlədən spirtli içkilərdən istifadə etməyəcəyini açıqlayıb.

Ontario Baş naziri Doug Ford mətbuat konfransında ABŞ-ın Kanada mallarına tətbiq edəcəyi 25 faizlik tarifə reaksiya verib.

ABŞ şirkətlərinin məhsullarından istifadə etməyəcəklərini vurğulayan Ford, “Nə tikdiyimizdən asılı olmayaraq, istər xəstəxana, istərsə də it evi olsun, Ontario poladı, Kanada məhsulları, Kanada taxtası, Ontario ağacları, buna bənzər məhsullar istifadə olunacaq" deyib.

Nə baş vermişdi?

"Ontario Spirtli İçkilərə Nəzarət Şurası (LCBO) hər il təxminən 1 milyard dollar dəyərində Amerika şərabı, pivə, spirtli içkilər və qazlı su satır. Biz artıq onları satmırıq", - deyə Ford dünən sosial media platforması X-də bildirib.

Ford, Amerika məhsullarının ştatda rəflərdən çıxarılacağını və bu məhsulların yığılmasının qarşısını almaq üçün kataloqdan da çıxarılacağını bildirmişdi.