USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın Ukrayna siyasəti: O, nadir torpaq elementləri istəyir

04.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp bu ölkəyə verdikləri irimiqyaslı yardım müqabilində Ukraynadan nadir torpaq elementləri almaq istədiklərini bildirib.

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə imzalanma mərasimindən sonra mətbuat mənsublarının cari məsələlərlə bağlı suallarını cavablandırıb.

Ukraynada müharibənin bitməli olduğunu qeyd edən Tramp onlara verdikləri milyonlarla dollarlıq dəstəyi xatırladıb və bu mövzuda Kiyev rəhbərliyi ilə danışıqlar apardıqlarını bildirib.

ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyi təqdirdə cavab verilməli olduğunu vurğulayan Tramp, "Hal-hazırda onlarla bəzi razılaşmalar üzərində işləyirik. Onlara verdiyimiz bəzi zəmanətlərimiz var. Ukraynada qiymətli nadir torpaq elementləri üçün zəmanət veririk. Buna görə də biz Ukrayna ilə müqavilə bağlamağı düşünürük" dedi.

ABŞ prezidenti Tramp bundan əvvəl Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda bitməli olduğunu və buna nail olmaq üçün hər iki ölkənin liderləri ilə tezliklə görüşəcəyini bildirmişdi.