USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp və Putin görüşəcək

04.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə son qoymaq üçün görüşəcək. Kritik görüşdə Türkiyənin də adı hallanır.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynada davam edən müharibəyə son qoymaq üçün yaxın günlərdə danışıqlar aparacaq. Kritik danışıqların planlaşdırıldığı ölkələr arasında Türkiyənin də adı hallanır.

Tramp seçki kampaniyası zamanı Ukraynadakı müharibəni mümkün qədər tez bitirəcəyinə söz verib. Putin Trampı seçilməsi münasibətilə təbrik edib və Ukrayna ilə bağlı danışmağa hazır olduğunu bildirib. Bu məlumatı Rusiyaya yaxın iki mənbə Donald Tramp və Vladimir Putin arasında mümkün sammitlə bağlı Reuters agentliyinə verib.

Rusiya rəsmiləri bu ilin sonunda Tramp və Putin arasında baş tutması gözlənilən telefon danışığı ərəfəsində ABŞ-la hər hansı birbaşa əlaqə üçün hazırlıq görüldüyünə dair iddiaları dəfələrlə təkzib ediblər. Lakin vəziyyətin həssaslığına görə adının açıqlanmasını istəməyən Rusiya mənbələri son həftələrdə yüksək rütbəli Rusiya rəsmilərinin həm Səudiyyə Ərəbistanına, həm də BƏƏ-yə səfər etdiyini bildiriblər.

Bir mənbə Rusiyada hələ də bu ideyaya qarşı bəzi diplomatların və kəşfiyyat rəsmilərinin həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ-nin ABŞ-la olan yaxın hərbi və təhlükəsizlik əlaqələrinə işarə edərək, hələ də bəzi müxalifət olduğunu söyləyib.