USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin "Google" siyasəti

04.02.2025 Siyasət
0 0
Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi şübhəli inhisarçılıq fəaliyyəti ilə bağlı Alphabet-in Google-a qarşı araşdırmaya başlayıb. Bu açıqlama ABŞ-ın Çinə tətbiq etdiyi əlavə rüsumların qüvvəyə minməsi ilə eyni vaxtda verilib. İstintaqın təfərrüatları hələlik açıqlanmayıb.

ABŞ-ın vergi qərarından sonra Google Çindən köçür! Faktla bağlı araşdırmalara başlanılıb.

Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi (SAMR) Alphabet-in Google-da inhisarçılıq şübhələri ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Araşdırmanın elanı ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi 10%-lik gömrük rüsumunun qüvvəyə minməsindən az sonra edilib.

İstintaqın təfərrüatları açıqlanmayıb.

İdarə Heyəti, Google-un Çinin antiinhisar qanunlarını pozduğuna dair şübhələrə əsaslanaraq, "qanunvericiliyə uyğun olaraq" araşdırmaya başladığını bildirib. Lakin istintaqın təfərrüatları ilə bağlı məlumat paylaşılmayıb.

Google-un bəzi xidmətləri, məsələn, axtarış sistemi Çində bloklansa da, şirkət ölkədəki reklamçılar və digər yerli tərəfdaşlarla əməkdaşlığı davam etdirir.