USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya Qəzzalılara tibbi yardım edə bilər

04.02.2025 Siyasət
0 0
Yaponiyanın Baş naziri İşiba Şigeru hökumətinin İsrailin hücumuna məruz qalan Qəzzalılara tibbi yardım göstərməyi nəzərdən keçirdiyini açıqlayıb.

Kyodo xəbər agentliyinin məlumatına görə, İşiba Nümayəndələr Palatasının Büdcə Komitəsində Qəzza xalqına yardımdan danışıb:

"Hazırda xəstələri və yaralıları Yaponiyaya qəbul etmək üçün bir yol tapmaq üçün çox çalışırıq".

Hökumətin İsrailin hücumlarında yaralanan və xəstələr üzərində çalışdığını ifadə edən İşiba, "Hazırda xəstələri və yaralıları Yaponiyaya qəbul etmək üçün bir yol tapmaq üçün intensiv şəkildə çalışırıq" deyib.

İşiba həmçinin qeyd edib ki, Qəzzalı tələbələrin Yaponiya universitetlərində təhsil ala bilmələri üçün xüsusi proqram işə salınacaq.

Keçən ay Malayziyanın baş naziri Ənvər İbrahim Qəzzanın yenidən qurulması üçün Yaponiya ilə əməkdaşlıq edəcəklərini açıqlamışdı.

Ənvər Yaponiyanın Malayziyanı Qəzzanın yenidən qurulmasına yönəlmiş Fələstinin İnkişafı Naminə Şərqi Asiya Ölkələri arasında Əməkdaşlıq Konfransına (CEAPAD) həmsədrlik etməyə dəvət etdiyini açıqlamışdı.