Kreml AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatına münasibət bildirib.
Kommersant.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu hesabatın Rusiyanın müvafiq qurumları tərəfindən öyərinləcəyini söyləyib.
"Bu ilkin hesabatdır. Əlbəttə ki, müvafiq qurumlarımız bu hesabatı böyük diqqətlə və lazımi şəkildə öyrənəcəklər. Prezident administrasiyasının bunu şərh etməsi mümkün deyil. Bunu mümkün hesab etmirik", - deyə Kreml rəsmisi vurğulayıb. (Apa)