Almaniyada milyarder iş adamı İlon Maska məxsus elektrik avtomobil nəhəngi Tesla-nın satışları kəskin şəkildə azalıb. Musk Almaniyada ifrat sağçı AfD lideri ilə görüşüb güclü əks-səda doğursa da, yanvar ayında Teslanın satışları 59 faiz azalıb.
Son zamanların ən mübahisəli adlarından biri olan Elon Musk Almaniyada ifrat sağçı AfD-yə verdiyi dəstəyə görə tənqidlərə məruz qalıb, yanvar ayında ölkədə Tesla satışları ciddi şəkildə azalıb.
Almaniyadakı Tesla sahibləri “sağ qanad ekstremistləri” olmaqda ittiham olunmamaq üçün avtomobillərinin üzərinə “Mən bu maşını Elon dəli olandan əvvəl almışam” sözləri yazılmış stikerlər yapışdırmağa başlayıblar.
İlon Maskın Almaniyada Tesla satışları yanvar ayında 59 faiz azalıb. Yanvar ayında Almaniyada satılan Tesla markalı avtomobillərin sayı 1277 ədəd olub. Bu rəqəm 2024-cü ilin iyul ayından bəri ən aşağı aylıq satış kimi qeydə alınıb.
Eynilə, Fransada Tesla satışları sürətlə azaldı. Yanvar ayında ölkədə Tesla satışları illik bazda 63 faiz azalıb.