USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

07.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verdiyi üçün Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiya tətbiq edən sərəncam imzalayıb.

ABŞ prezidenti Tramp yazılı açıqlamasında ICC rəsmilərinə sanksiya tətbiq edən sərəncam imzaladığını açıqlayıb.

Tramp fərmanla bağlı açıqlamasında BCM-nin Amerika və onun İsrail kimi yaxın müttəfiqlərini “əsassız və qeyri-qanuni” hədəfə aldığını iddia edib.

Qəzzadakı hərbi cinayətləri əsas gətirərək Netanyahuya qarşı BCM-nin verdiyi həbs qərarını qəbul etmədiklərini qeyd edən Tramp bu açıqlamaları verib:

“ICC qanuni əsas olmadan ABŞ və onun bəzi müttəfiqlərinin, o cümlədən İsrailin personalı üzərində yurisdiksiyaya malik olduğunu bəyan edib və ilkin təhqiqatlara başlayıb; o, həmçinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantı hədəf alan əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib ICC üzvüdür”.

BCM-nin ABŞ-ı və İsrail kimi yaxın müttəfiqlərini “hədəf” etdiyini irəli sürən Tramp, bu qurumun rəsmilərinə öz sərəncamı ilə sanksiyaların tətbiq ediləcəyini bildirib.