USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə Ədliyyə Nazirliyinin məruzəsi olacaq

07.02.2025 Siyasət
0 0
Milli Məclisdə Ədliyyə Nazirliyinin məruzəsi olacaq

Kommersant.az xəbər verir ki, bu məsələ Regional məsələlər komitəsinin fevralın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, komitə iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi olacaq.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanına görə isə, həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.