USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: “Rusiya-Ukrayna müharibəsini bitirmək üçün konkret planım var”

10.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “konkret planı” olduğunu və bu məsələni Rusiya prezidenti Vladimir Putinlə telefonda müzakirə etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp “The New York Post”a açıqlamasında Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “konkret planı” olduğunu qeyd edən Tramp bu mövzuda Putinlə telefonla danışdığını bildirib.

Tramp Putinlə neçə dəfə telefonla danışdığını açıqlaya bilməyəcəyini vurğuladı və 2022-ci ildə prezident olsaydı, bu müharibənin başlamayacağına dair açıqlamalarını təkrarlayıb.

“Mənim Putinlə həmişə yaxşı münasibətim olub” deyən Tramp bu ifadədən istifadə edərək ABŞ-ın keçmiş prezidenti Co Baydenin “ölkə üçün biabırçılıq” olduğuna eyham vurub.

Trampın İranla “sövdələşmə” mesajı

Tramp İran məsələsinə toxunaraq deyib:

"Mən İranla nüvə silahından azad olmaq üçün saziş bağlamaq istərdim. Yeri bombalamaqdansa, bunu etməyi üstün tuturam. Onlar ölmək istəmir. Heç kim ölmək istəmir. Razılaşsaq, İsrail onları bombalamazdı".

İranla mümkün danışıqların təfərrüatlarını açıqlamayacağını qeyd edən Tramp, “Onlara nə deyəcəyimi sizə demək istəmirəm” söyləyib.