USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransadan süni intellektə böyük sərmayə - Makrondan açıqlama

10.02.2025 Siyasət
0 0
Fransa prezidenti Makron süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb. Parisdə keçirilən Süni İntellekt Fəaliyyət Sammiti öncəsi verdiyi açıqlamada bu investisiya ilə ABŞ-ın Stargate layihəsinə bərabər bir addım atdıqlarını ifadə etdi. O, həmçinin süni intellekt təhsili alacaq gənclərin sayını artırmağı hədəflədiklərini bildirib.

Fransa prezidenti Emmanuel Makron Parisdə keçiriləcək beynəlxalq Süni İntellekt Fəaliyyət Sammiti öncəsi France 2 televiziyasına müsahibə verib. Makron buradakı çıxışında ölkəsinin qarşıdakı illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyacağını və bu investisiyanın ABŞ-ın Stargate layihəsinə “ekvivalent” olacağını bildirib.

Təhsil sahəsində əsasnamələr

Süni intellekt sahəsində qlobal tənzimləmənin yaradılmasına çağıran Makron, Fransanın bu sahədə irəliləyişlərdə iştirak etmək məqsədini vurğuladı. O, həmçinin ölkədə süni intellekt sahəsində təhsil alan gənclərin sayının hazırda 40 min nəfər olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.