Viza məhdudiyyətləri, səyahət azadlığı və vergi üstünlükləri kimi amillər yüksək gəlirli Türkiyə vətəndaşlarının ikinci vətəndaşlıq proqramlarına marağını artırır. Henley & Partners Türkiyə məlumatlarına görə, türklər dünyada ikinci ən çox vətəndaşlıq alan üçüncü qrup olaraq önə çıxır.
Maddi imkanları yüksək olan şəxslər təhsil, səhiyyə, iqlim dəyişikliyi və viza maneələri kimi səbəblərə görə alternativ vətəndaşlıq proqramlarına daha çox maraq göstərirlər. Bu tendensiya xüsusilə yüksək gəlirli Türkiyə vətəndaşları arasında özünü göstərir.
İnvestisiya və yaşayış icazəsi proqramları vasitəsilə vətəndaşlıq ilə bağlı məsləhətlər verən Henley & Partners Türkiyə şirkətinin məlumatlarına görə, Türkiyə vətəndaşları dünya miqyasında ikinci ən çox vətəndaşlıq alan üçüncü qrup olaraq önə çıxır.
“Sözcü” xəbər verir ki, “Henley & Partners”in Türkiyə direktoru Burak Dəmirəl ötən həftə keçirilən seminarda jurnalistlərə verdiyi açıqlamada ikinci vətəndaşlıq istəyən türk sərmayəçilərinin ən böyük motivasiyalarından birinin səyahət azadlığı olduğunu vurğulayıb.
Dəmirəl, "Türkiyədə viza problemi səbəbindən bu tələbat sürətlə artır. Yüksək gəlirli qruplar iş və tətil səyahətlərində yaşadıqları çətinliklər səbəbindən ikinci vətəndaşlıq proqramlarına üz tuturlar" deyib.
Dəmirəl son illərdə Türkiyədə milyonçuların sayının 45% artdığını və bu vəziyyətin müxtəlif vətəndaşlıq müraciətlərinə də marağı artırdığını qeyd edib.
“Bəzi şəxslərin müraciətlərini şübhəli hesab etdiyimiz üçün rədd edirik”
Henley & Partners-in Şəxsi Müştərilər Qrupunun rəhbəri Dominik Volek ikinci vətəndaşlıq seçimində səyahət azadlığı ilə yanaşı vergi üstünlükləri, təhsil və sağlamlıq kimi amillərin də təsirli olduğunu bildirərək, 2024-cü ilin yüksək gəlirli şəxslərin qlobal miqyasda ən çox köç etdiyi il ola biləcəyini söylədi.
Digər tərəfdən, Türkiyənin vətəndaşlıq verildikdən sonra vətəndaşlıq müraciətləri üzərində təhlükəsizlik yoxlaması aparması tənqid edilib. Sektorda tam müəyyən edilmiş təhlükəsizlik standartlarının olmaması müxtəlif məsləhət firmalarının müraciətləri fərqli meyarlara görə qiymətləndirməsinə səbəb ola bilər.