HƏMAS-ın İsrailin atəşkəsi pozan tətbiqləri səbəbiylə bu həftə sonu qarşılıqlı məhbus mübadiləsini növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlamasının ardınca İsrailin Baş naziri Netanyahu 'atəşkəs sona çatacaq' deyə bir açıqlama verib.
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın məhbus mübadiləsini təxirə salmasından sonra açıqlama verib.
"Həmas şənbə günü günortaya qədər girovları azad etməsə, atəşkəs sona çatacaq və İsrail ordusu HƏMAS tamamilə məğlub olana qədər intensiv hücumlara davam edəcək", - deyə Netanyahu bildirib.
İsrail sağ qalan 9 məhbus azad edilənə qədər atəşkəs danışıqlarının ikinci mərhələsini dayandırır
Bildirilib ki, Təl-Əviv administrasiyası Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə dair danışıqları birinci mərhələdə azadlığa buraxılması planlaşdırılan 9 İsrailli məhbusun azad edilməsinə qədər dayandırıb.
İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən adı açıqlanmayan bir səlahiyyətlinin adından edilən yazılı açıqlamada, İsrailin HƏMAS-ın atəşkəs razılaşmasının birinci mərhələsində azad edilməsi planlaşdırılan 9 diri məhbusu "yaxın günlərdə" təhvil verməsini gözlədiyi bildirilib.
Bəyanatda deyilir ki, İsrail doqquz canlı məhbus azad edilənə qədər atəşkəsin ikinci mərhələsi üçün danışıqlara qatılmayacaq.