ABŞ milyarderi və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk, federal xərclərin azaldılmasının bir zərurət olduğunu və büdcə kəsiri ilə bağlı heç bir şey edilmədiyi təqdirdə ölkənin müflis olacağını bildirdi.
Musk DOGE-nin Oval Ofisdəki fəaliyyəti ilə bağlı qiymətləndirmələr etdi.
DOGE-nin məqsədinin demokratiyanı yenidən qurmaq olduğunu bildirən Musk, əgər xalqdan hökumətə yaxşı geribildirim hərəkatı olmasa və bürokratiya hakim olarsa, demokratiyanın heç bir mənası olmayacağını söyləyib.
“Əgər xalq səs verə bilmirsə və öz iradəsini Prezident, Senat və Nümayəndələr Palatası kimi seçdiyi nümayəndələr müəyyənləşdirə bilmirsə, deməli biz demokratiyada deyil, bürokratiyada yaşayırıq”, - deyə Mask deyib.
“Büdcə kəsirini həll etmək lazımdır”
Bürokratiyanın ictimaiyyət qarşısında hesabat verməsi lazım olduğunu müdafiə edən Musk, büdcə kəsirinin aradan qaldırılması lazım olduğunu ifadə etdi. Mask, büdcə kəsiri ilə bağlı heç bir iş görülməsə, ölkənin “iflas edəcəyini” söyləyib.
Təkcə milli borcun faiz ödənişlərinin Müdafiə Nazirliyinin büdcəsini aşdığına diqqət çəkən Musk, "Müdafiə üçün çox pul xərcləyirik. Amma belə davam edərsə, ölkəni müflis edəcəyik" deyib.