Ukrayna prezidenti Vladimir Zelenski prezident Ərdoğanla görüşmək üçün sabah Ankaraya gedir.
Kommunikasiyalar direktoru Fahrettin Altun sosial şəbəkədə Ukrayna prezidenti Zelenskinin sabah prezident Ərdoğanla görüşəcəyini açıqlayıb.
Prezident Külliyesində keçiriləcək görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələri bütün aspektlərdə dəyərləndiriləcək. Bundan əlavə, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar da gündəmdə olacaq.
Görüşün mövzusu nə olacaq?
Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.