USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahu Hikmət Hacıyevi qəbul edib

19.02.2025 Siyasət
0 0
İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin salamlarını İsrail liderinə çatdırıb.

Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.