USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: Ukraynada seçkilərin vaxtıdır

20.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə razılığa gələ biləcəklərini və Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bildirib. Müharibənin sona çatması üçün Rusiya ilə razılığa gələ biləcəyini qeyd edən Tramp “Rusiyanın əlində bəzi kartlar olduğunu” ifadə edib.

ABŞ prezidenti Tramp Floridadan Vaşinqtona qayıdan təyyarəsində mətbuat mənsublarına cari məsələlərlə bağlı açıqlamalar verib.

Uzun müddətdir Ukraynada seçkilərin keçirilmədiyinə işarə edən Tramp, "Seçki vaxtıdır. Uzun müddətdir seçki olmayıb. Seçki vaxtıdır, həm də bütün pulların (ABŞ-ın Ukraynaya verdiyi) nə olduğunu öyrənmək vaxtıdır" deyib.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqların yaxşı getdiyini qeyd edən Tramp, "Rusiya ilə çox yaxşı gedirik. Onun (Ukrayna prezidenti Vladimir Zelenskinin) edə bilmədiyi bir şeyi Rusiya ilə edəcəyik. Potensial olaraq daha milyonlarla insanın öldürülməsini dayandırmaq üçün Rusiya ilə müqavilə bağlaya bilərik" deyib.

“Kartlar bir qədər Rusiyanın əlindədir”

"Düşünürəm ki, ruslar müharibənin bitdiyini görmək istəyirlər. Kartlar bir az da onların əlindədir, çünki onlar bu qədər ərazi ələ keçiriblər".

Ukraynaya 350 milyard dollar xərclədiklərini və bu pul müqabilində bu ölkədən qiymətli minerallarla bağlı razılaşma tələb etdiklərini əsas gətirən Tramp, ABŞ-ın maliyyə naziri Scott Bessenti daha əvvəl Kiyevə göndərdiyini, lakin Zelenskinin qarşısında qoyulan müqaviləni imzalamadığını bildirib.

  • Əvvəlki

    Fitch xəbərdarlıq edir ki, ABŞ-ın tarif hərəkəti əmtəə bazarlarını sarsıda bilər

Digər xəbərlər