USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran 2025-2026-cı illərdə APA daimi komitələrinə sədrlik edəcək

20.02.2025 Siyasət
0 0
İran Asiya Parlament Assambleyasının (APa) vitse-prezidenti olaraq 2025-2026-cı illərdə APA daimi komitələrinə sədrlik edəcək.

Kommersant.az xəbər verir ki, APA 15-ci plenar icasında APA-ya gələcək sədrliklə ilə bağlı İcra Şurasının müşavirələrinin nəticələri təsdiqlənib.

Qeyd edək ki, İran İslam Respublikası və Bəhreyn krallığı 2026-2027-ci illər üçün APA prezidenti postuna öz namizədləriyini irəli sürüblər, assambleya aşağıdakı qeyd olunanları razılaşdırıb:

1. Bəhreyn krallığı 2026-cı ildə APA prezidenti postunu tutacaq

2. İran İslam Respublikası 2027-2028-ci illərədə APA-ya sədrlik edəcək.

3. İran APA vitse-prezidenti olaraq 2025-ci ildə Siyasi məsələlər üzrə daimi komitəni qəbul edəcək.

4. İran APA vitse-prezidenti olaraq 2026-cı ildə İqtisadi və Dayanıqlı inkişaf üzrə Daimi Komitəni qəbul edəcək.

5. APA katibliyi 2026,2027 və 2028-ci illərdə APA prezidenti postuna namizədlərin axtarışından çəkinəcək.