ABŞ İsrailin fələstinli məhbusların azad edilməsini dayandırmaq qərarını dəstəklədiyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi fələstinli məhbusların azad edilməsinin dayandırıldığını, çünki “onlardan İsrail məhbuslarını aşağılayan mərasimlər və təbliğat üçün istifadə edildiyini” açıqlayıb.
Məsələ ilə bağlı Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz açıqlama verib.
Hughes İsrailin qərarını "uyğun" adlandırıb və bildirib ki, prezident Donald Tramp "Həmas ilə bağlı istənilən addımda Tel-Əvivi dəstəkləməyə hazırdır".
İsrail fələstinli məhbusların azad edilməsinə dair razılaşmanı pozur
İsrail, HƏMAS-ın məhbus mübadiləsinin yeddinci raundu çərçivəsində Qəzza zolağından altı israilli məhbusu azad etməsinə baxmayaraq, fələstinli məhbusların azad edilməsini dayandırdığını açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi fələstinli məhbusların azad edilməsinin dayandırıldığını, çünki “onlardan İsrail məhbuslarını aşağılayan mərasimlər və təbliğat üçün istifadə edildiyini” açıqlayıb.
Bəyanatda Qəzza zolağındakı digər israilli məhbuslar təhvil verilməyənə qədər “602 fələstinli məhbusun” sərbəst buraxılmayacağı və təhvil-təslimlərin mərasimsiz həyata keçiriləcəyi bildirilib.