USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna prezidenti Zelenski: Mən prezidentlikdən istefa verməyə hazıram

24.02.2025 Siyasət
0 0
Ukrayna prezidenti Zelenski sülh üçün lazım gələrsə vəzifəsini tərk edə biləcəyini, lakin ABŞ-a prezident Trampın müdafiə etdiyi qədər borclu olmadıqlarını söylədi.

Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib. Zelenski bəyan edib ki, Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazırdır və belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində istefa verəcək.

Zelenski bildirib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.

Sabah Kiyevdə sammitin keçiriləcəyini bildirən Zelenski 13 tərəfdaşın Kiyevə gələcəyini, 24-nün isə onlayn şəkildə görüşə qatılacağını bildirib.

ABŞ yardımı

Prezident Donald Trampın iddia etdiyi məbləğdə ABŞ-a borclu olmadıqlarını vurğulayan Zelenski, Ukraynanın ABŞ-dan 350 milyard deyil, 100 milyard dollar yardım aldığını bildirib.

"Mən (ABŞ-ın keçmiş prezidenti Co) Baydenin bunun (ABŞ yardımının) qrant olması fikri ilə razılaşıram. Qrant borc deyil. Biz tərəfdaşlarımıza böyük hörmət edirik, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik", - deyə Zelenski bildirib.