USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın Almaniyadakı seçkilərin nəticələri ilə bağlı ilk açıqlaması

24.02.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Almaniyada Xristian İttifaqı (CDU/CSU) partiyalarının seçkilərdə qələbəsi ilə bağlı ilk açıqlamasını verib.

ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında Almaniyada keçirilən seçkilərdə Xristian Birlik partiyalarının qalib gəldiyini açıqlayıb.

Almaniya xalqının da ABŞ kimi "uzun illərdir hakimiyyətdə olan, xüsusilə enerji və immiqrasiya mövzusunda olan və sağlam düşüncədən məhrum olan gündəmdən bezdiyini" qeyd edən Tramp, "Bu gün Almaniya və ABŞ üçün Donald Tramp adlı centlmenin liderliyində böyük bir gündür" dedi.

"Hər kəsi təbrik edirəm. Daha çox qələbələr gözləyirik", - Tramp deyib.

Almaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə Xristian Birlik partiyalarının (CDU/CSU) kansler namizədi Fridrix Merz birinci yerə çıxıb və qələbəsini elan edib.