USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın yeni lideri Merzdən Netanyahuya rəsmi dəvət

24.02.2025 Siyasət
0 0
Almaniyada keçirilən ümumi seçkilərdə qalib gələn Xristian İttifaqı (CDU/CSU) partiyasının baş nazirliyə namizədi Freiderich Merz Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı İsrailin baş naziri Benyamin Netanyahunu Berlinə dəvət edəcəyini açıqlayıb.

İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamada Netanyahunun Merzlə görüşdüyü və onu qələbə münasibətilə təbrik etdiyi bildirilib.

“O, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına açıq şəkildə etiraz etdi”

Bildirilib ki, ikisi arasında görüş zamanı Merz “Beynəlxalq Cinayət Məhkəməsinin baş naziri hərbi cinayətkar kimi qələmə verən qalmaqallı qərarına açıq şəkildə etiraz edib” və o, Netanyahunu Berlinə rəsmi səfərə dəvət edəcək.