USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı Ukraynaya 3,5 milyard avro yardım edir

25.02.2025 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş ediləcəyini bildirib.

Von der Leyen Kiyevdə Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü ilə bağlı Ukraynaya dəstək üçün keçirilən beynəlxalq sammitdə çıxış edib. Avropanın azad və suveren Ukraynaya inandığını vurğulayan von der Leyen, "Ukraynadakı müharibə Avropanın gələcəyi üçün ən mərkəzi və mühüm böhran olaraq qalır" deyib.

Von der Leyen təkcə Ukraynanın deyil, Avropanın da taleyinin təhlükə altında olduğunu və onların birinci prioritetlərinin Ukraynanın müqavimətini gücləndirmək olduğunu vurğulayıb.

“Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 134 milyard avro dəstək verib”. von der Leyen, sözügedən məbləğin hər hansı digər ölkədən daha çox olduğunu iddia etdi.

Von der Leyen Ukrayna fondu və G7 krediti sayəsində Ukraynanın 2025-ci il büdcə kəsirinin bağlandığına diqqət çəkib.