USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabineti bu şəxslərin maaşının məbləğini təsdiqlədi

26.02.2025 Siyasət
0 0
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilib.

Kommersant.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Qərarla, həmçinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiq edilib.

Sənədə əsasən, hər iki kateqoriyadan olan şəxslərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi saxlanılıb.

Maliyyə Nazirliyinə bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edəcək.