USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya WhatsApp-ı 17 milyon rubl cərimələyib

27.02.2025 Siyasət
0 0
Rusiyada “WhatsApp” ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 17 milyon rubl (təxminən 195 min dollar) cərimələnib.

“WhatsApp”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Məhkəmə WhatsApp-ın Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmayaraq qanuna tabe olmadığına qərar verib və şirkətə 17 milyon rubl cərimə ödəməyə məcbur edib.

Ölkədə “WhatsApp”la yanaşı, “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.