USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Trampla görüşündəki gərginlikdən danışır - Zelenskinin “üzrxahlıq” bəyanatı

01.03.2025 Siyasət
0 0
Ukrayna prezidenti Volodymyr Zelenskyy gərgin görüşə görə ABŞ prezidenti Donald Trampdan üzr istəmək fikrində olmadığını bildirib və əlavə edib: "Mən prezidentə və Amerika xalqına hörmət edirəm. Amma səhv bir şey etdiyimizı düşünmürəm".

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampla keçirdiyi gərgin görüşlə bağlı açıqlamalar verib.

Trampdan üzr istəməyi düşünüb-düşünmədiyini sualına Zelenski belə cavab verib: "Xeyr, mən prezidentə və Amerika xalqına hörmət edirəm. Amma mən hesab edirəm ki, biz dürüst olmalıyıq və səhv bir şey etdiyimizə əmin deyiləm".

Kameralar önündə artan gərginliyin hər iki tərəf üçün yaxşı olmadığını söyləyən Zelenski, “Mən çox açıq idim, amma Ukraynanın Rusiyaya münasibətini dəyişə bilmərəm. Ancaq bəzən düşünürəm ki, bəzi şeyləri mətbuat olmadan müzakirə etməliyik. Mən hər zaman mediaya açığım, lakin çox həssas məsələlər var. Mən sadəcə dürüst olmaq istəyirəm və tərəfdaşlarımızın vəziyyəti düzgün başa düşmələrini istəyirəm", - deyə bildirib.