USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəblərdə psixoloqlara ayrılan ştat vahidi şagird sayına uyğunlaşdırılmalıdır - Ombudsman

03.03.2025 Siyasət
0 0
Təhsil müəssisələrində təhsilalanların qarşılıqlı münasibətlərində və ünsiyyətində mövcud olan gərginlik, davranış və intizam qaydalarına riayət edilməməsi halları müşahidə olunur.

Kommersant.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəblərindən biri də müəllimlərin uşaqlara münasibətdə onların yaşına müvafiq olaraq psixoloji durumunu nəzərə almaması ilə bağlıdır.

“Bu baxımdan müəllim-şagird münasibətlərinin tənzimlənməsində psixoloqların müəllimlərlə və valideynlərlə əməkdaşlığı önə çəkilməli, təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından müdafiə etmək, zərərli vərdişlərdən çəkindirmək, şagirdlərin təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etməklə onlarla müvafiq profilaktik işin aparılması zəruridir.

Ümumiyyətlə, qeyd olunan problemlərin həllində uşaqlarda yarana biləcək hər hansı psixoloji gərginlik halının qarşının alınmasında məktəb psixoloqlarının rolu xüsusi vurğulanmalı, təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilməlidir”, - məruzədə qeyd edilib.