USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ABŞ-a tariflərlə cavab verir

04.03.2025 Siyasət
0 0
Çin ABŞ-dan idxal etdiyi bəzi məhsullara 10-15 faiz əlavə rüsumlar tətbiq edib.

ABŞ-ın Çinə tətbiq etdiyi əlavə gömrük rüsumlarını yüzdə 10-dan 20-yə yüksəltmək qərarından sonra Çin ABŞ-dan idxal edilən bir çox məhsula, xüsusilə kənd təsərrüfatı məhsulları və ət növlərinə 10-15 faiz əlavə vergi tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Soyadan qırmızı ətə qədər bir çox idxal məhsullarına 15% əlavə vergi

ABŞ prezidenti Donald Tramp ötən gün Çinin ölkəyə daxil olan fentanillə mübarizə apara bilməməsi səbəbindən ona tətbiq edilən tarifləri 10%-dən 20%-ə qaldırdığını açıqlayıb. Çin ABŞ-ın bu addımına tez cavab verdi.

Çin, toyuq, donuz əti, soya və mal əti kimi ABŞ-ın əsas kənd təsərrüfatı məhsullarının idxalına 15 faizə qədər əlavə tariflər tətbiq edəcəyini açıqladı.

Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada tariflərin martın 10-dan etibarən qüvvəyə minəcəyi bildirilib. Bu addım ABŞ prezidenti Donald Trampın Çin mallarının idxalına rüsumları bütövlükdə 20%-ə qaldırmaq barədə sərəncamından sonra atılıb.

Bildirilib ki, ABŞ-da yetişdirilən toyuq, buğda, qarğıdalı və pambıq idxalına əlavə 15 faiz, sorqo, soya, donuz əti, mal əti, dəniz məhsulları, meyvə, tərəvəz və süd məhsullarına tətbiq edilən gömrük rüsumu isə 10 faiz artırılacaq.