USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev Ərəb Liqasının Zirvə toplantısında qəbul edilən Qəzza planına şərh verib

05.03.2025 Siyasət
0 0
Ağ Evin bəyanatında deyilir ki, Ərəb Liqası Zirvə toplantısında liderlər tərəfindən qəbul edilən Qəzza planı layihəsində bölgənin "yaşamaq üçün yararsız" olması faktına məhəl qoyulmayıb və əlavə edilib: "Prezident Tramp Qəzzanı HƏMAS-dan azad etmək vizyonunun arxasında dayanır".

Birləşmiş Ştatlar Ərəb Liqası Zirvə toplantısında Qəzzada 200 min yeni evin tikintisini nəzərdə tutan plan layihəsinin liderlər tərəfindən qəbul edilməsinə reaksiya verib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes İsrail mətbuatına verdiyi yazılı açıqlamada, planın "Hazırda Qəzzanın yaşayış üçün yararsız olması və sakinlərinin dağıntılar və partlamamış hərbi sursatlarla səpələnmiş ərazidə insancasına yaşaya bilməməsi faktını əhatə etmir" deyib.

Ərəb Liqasının Sammitində qəbul edilib

Misirin paytaxtı Qahirədə Ərəb Liqasının fövqəladə Sammitində iştirak edən liderlər ABŞ prezidenti Donald Trampın mübahisəli Qəzza planına alternativ təkliflə razılaşıblar. “Misir planı” olaraq bilinən və fələstinliləri öz torpaqlarından didərgin salmadan Qəzza zolağının yenidən qurulmasını nəzərdə tutan planın birinci mərhələsi, qarşıdakı iki ildə Qəzzada təxminən 20 milyard dollara 200 min evin tikintisini nəzərdə tuturdu. Daha əvvəl Fələstinlilərin Qəzzadan çıxarılmasını və Qəzzadan daşınmaz əmlak investisiyaları ilə turizm mərkəzinə çevrilməsini təklif edən Tramp administrasiyası ərəb ölkələrinin alternativ Qəzza planı ilə bağlı şərhlərində maraq doğurub.