USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə daxil olub

06.03.2025 Siyasət
0 0
Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.

Kommersant.az xəbər verir ki, hesabatın parlamentin növbəti həftə ərzində keçiriləcək plenar iclasında təqdim edilməsi gözlənilir.

Hesabatda hökumətin ötən il ərzində gördüyü işlər, Nazirlər Kabinetinin fəaliyyəti yer alacaq.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti barədə hesabat verir.