Suriya Daxili İşlər Nazirliyi devrilmiş Baas rejimi dövründə 5 milyondan çox suriyalıya tətbiq edilən səyahət qadağasının qaldırıldığını açıqlayıb.
Daxili İşlər Nazirliyinin Telegram kanalında edilən yazılı açıqlamaya görə, devrilmiş Baas rejimi dövründə ordu, təhlükəsizlik qüvvələri, Milli Təhlükəsizlik İdarəsi və Baas Partiyası tərəfindən suriyalılara qarşı edilən 5 milyon 164 min 440 səyahət qadağası bildirişi ləğv edilib.
Bu bildirişlər rejim dövründə həbsdə olan, ərizə ilə və ya məcburi və ya ehtiyatda olan hərbi xidmət haqqında qərar qəbul edilmiş şəxslərə verilib.
Müvafiq qərarın icrası İmmiqrasiya və Pasport İdarəsinə həvalə edilib.