USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: “ABŞ daxil olmaqla, hamı Ukraynanın sülh istədiyini görmək istəyir”

10.03.2025 Siyasət
0 0
Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin cari məsələlərlə bağlı suallarını cavablandırarkən deyib ki, ABŞ da daxil olmaqla hamı Ukraynanın sülh arzuladığını görmək istəyir. Peskov onu da qeyd edib ki, Zelenski administrasiyasının nümayəndələri həqiqətən sülh istəyib-istəmədiklərini müəyyən etməlidirlər.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın paytaxtı Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla bir dəfə telefon danışığı olduğunu qeyd edən Peskov bunun ikitərəfli dialoqun başlanması və ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün kifayət qədər konstruktiv olduğunu vurğulayıb.

Peskov "Biz ikitərəfli münasibətlərin dirçəldilməsi prosesinin ilkin mərhələsindəyik. Bizi uzun və çətin yol gözləyir. Ən azı iki lider bununla bağlı siyasi iradə nümayiş etdirib", - deyə bildirib.

“Onlar həqiqətən də sülhü arzulayıb-istəmədiklərini müəyyən etməlidirlər”.

ABŞ-ın burada nə gözlədiyi vacibdir. ABŞ müxtəlif səviyyələrdə Ukraynanın sülh istədiyini görmək istədiyini bəyan edib. Məncə, hamı bunu gözləyir. Zelenski administrasiyasının nümayəndələrinin həqiqətən də sülh istəyib-istəmədiyini müəyyən etmək lazımdır" deyə cavab verib.

Peskov bildirib ki, bu həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında heç bir təmas planlaşdırılmayıb.