X platformasına giriş gün ərzində tez-tez kəsilib. Platformanın sahibi Elon Musk problemlə bağlı açıqlama verərək, böyük bir kiber hücumun baş verdiyini və hücumun hələ də davam etdiyini bildirib.
İzləmə saytının məlumatına görə, problem bir müddət aradan qaldırıldıqdan sonra saat 09:40 radələrində platformaya girişdə problemlər artıb və 40 minə yaxın istifadəçi X hesablarının işləmədiyini bildirib.
Sözügedən kəsilmənin daha çox ABŞ-ın şərq sahilində Nyu York və Boston və qərb sahilində Los Anceles kimi sıx məskunlaşan şəhərlərdə yaşandığı müəyyən edilib.
Elon Musk kiberhücum olduğunu söyləyib
Sözügedən sosial media platformasının sahibi iş adamı Elon Mask səhər saatlarından etibarən X-də yaşanan problemin “kiber hücum”dan qaynaqlandığını bildirib.