ABŞ Rusiya ilə davam edən müharibədə Ukraynanın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.
ABŞ dərhal kəşfiyyat məlumatlarının mübadiləsini və silah daşınmasını bərpa edəcək.
Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra tərəflər həmçinin Ukraynanın faydalı qazıntıları ilə bağlı “mümkün qədər tez” saziş bağlamaq barədə razılığa gəliblər.
Ukrayna danışıqlara başlamağa razıdır
ABŞ dövlət katibi Marko Rubio "Ukrayna atəşkəs prosesinə girməyə və münaqişəyə daimi və davamlı son qoymaq üçün danışıqlara başlamağa razılaşıb", - deyə bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bəyan etmişdi ki, Ciddədə keçiriləcək görüşdə ölkəsini Prezident Aparatının rəhbəri Yermak, xarici işlər naziri Andriy Sibiha, müdafiə naziri Rustem Umerov və Prezident Aparatı rəhbərinin müavini Pavel Palis təmsil edəcək.