USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Musku dəstəkləyir: O, Tesla aldı və Ağ Evin qarşısında poza verib

12.03.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp İlon Maska dəstəyini göstərmək üçün Tesla-nı alıb. Maska qarşı haqsızlıq edildiyini iddia edən Tramp Ağ Evin qarşısında Tesla ilə poza verib.

ABŞ prezidenti Donald Tramp baş müşaviri və Tesla şirkətinin baş direktoru İlon Maskla birlikdə Ağ Evin bağçasına gətirilən Tesla avtomobilləri ilə kameralar qarşısına keçib.

Normalda özü avtomobil sürmədiyini, lakin Maska dəstəyini göstərmək üçün avtomobil alacağını qeyd edən Tramp, "Mən onu alacağam, çünki bir nömrəli, əla məhsuldur, əldə etdiyi qədər yaxşıdır. İkincisi, bu, enerjisini və həyatını buna həsr etmiş bir insandır və məncə ona qarşı haqsızlıq edilib" danışdı.

ABŞ prezidenti vurğulayıb ki, Tesla dilerlərinə qarşı zorakılıq iddiaları "daxili terror aktı" kimi qiymətləndiriləcək və cinayətkarlar üçün ağır nəticələrə səbəb olacaq.